MƏDƏNİYYƏT


“Ay Laçın” mahnısı Rəvanə Ağamirovanın ifasında

“Ay Laçın” xalq mahnısı bu dəfə Laçın şəhəri günündə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarı, I dərəcə gözdən əlilliyi olan Rəvanə Ağamirovanın ifasında səslənib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, öz bacarıq və istedadı ilə “Əlilik qüsur deyil” devizini bir daha təsdiqləyən Rəvanə məlahətli səsi ilə doğma və kövrək duyğular aşılayan bu xalq mahnısına yeni ruh, nəfəs bəxş edir.