Azərbaycandan Qarabağ ermənilərinə göndərilən məhsulların siyahısı AÇIQLANDI
22.09.2023 [10:15]
Xəbərin mətni
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) qərarı ilə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni əhalisi üçün, zəruri ərzaq məhsullarının göndərilməsi nəzərdə tutulub. Sentyabrın 22-də hər birinin tutumu 20 ton olan iki ədəd yük avtomobilində zəruri ərzaq məhsulları və gigiyenik vasitələr, eləcə də çörək dolu 2 ədəd avtomobil Ağdam rayonundan Xankəndi istiqamətinə hərəkət edir. Yük karvanı Ağdam - Xankəndi yolu ilə hərəkət edəcək. Karvan təyinat nöqtəsinə çatdıqdan sonra əhaliyə paylanacaq.
Bu sözləri AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin rəisi Mirəli Feyziyev deyib.