MÜSAHİBƏ


MSK ekspert qrupu üzvləri üçün seminarlara start verir

Bu gün Dairə Seçki Komissiyalarında (DSK) fəaliyyət göstərən ekspert qrupu üzvləri üçün təşkil olunmuş regional seminarları özündə birləşdirən layihəyə start veririk. Bu tədbirin əsas məqsədi Dairə Seçki Komissiyalarında fəaliyyət göstərən 3 nəfərdən ibarət ekspert qruplarının peşəkarlıq səviyyəsinin artırılması, əvvəlki təcrübələrin yaratdığı təəssüratları onlarla bölüşmək və yeni işgüzar vərdişləri aşılamaqdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov jurnalistlərə açıqlamasında bildirib.