Azərbaycan Dövlət İnformasiya Agentliyi

Məzahir Pənahov: Namizədlərin təşviqat aparması üçün 5509 yer müəyyənləşib

09.08.2024 [12:19]

Xəbərin mətni

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərlə bağlı namizədlərin təşviqat mərhələsi başlayıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov avqustun 9-da jurnalistlərə müsahibəsində deyib.
Namizədlərə təşviqat aparmaq üçün geniş şərait yaradıldığını bildirən M.Pənahov qeyd edib ki, bu məqsədlə qapalı və açıq məkanlar da daxil olmaqla, ölkə üzrə 5509 ünvan müəyyənləşib.

Bölmənin digər videoları