Fuad Muradov: “Diaspor təşkilatları ABŞ-ın bir çox ştatlarında Azərbaycanın haqlı mövqeyinin təbliği baxımından aktiv fəaliyyət göstərirlər”
17.08.2024 [10:42]
Xəbərin mətni
“ABŞ-da Azərbaycan icması həm 44 günlük müharibə zamanı, həm də sonrakı dövrdə çox böyük layihələr, tədbirlər həyata keçirib”. Bu sözləri AZƏRTAC-a açıqlamasında ABŞ-da səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib. O bildirib ki, bu ölkədə Azərbaycan icmasının fəaliyyəti təkmilləşir. “Çox müsbət haldır ki, bizim gənclərimiz, yeni nəsil yaxşı universitetlərə daxil olur, oxuyur, universitetlərdə Tələbə Gənclər Təşkilatı yaradırlar.