Ceyms Uorlik: Sülh sazişi ilə bağlı bir çox məsələlərdə irəliləyişin əldə olunmasından çox şadam
21.09.2024 [15:37]
Xəbərin mətni
“Azərbaycanla Ermənistan arasında sülh razılaşmasını əldə etməyin çox vacib olduğunu düşünürəm”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Ceyms Uorlik deyib. O, bu prosesin çətin olduğunu və qarşısında müəyyən maneələrin dayandığını bildirib.