Oktyabrın 15-dən “Vahid tələbə kartı”nın verilməsinə başlanılır
08.10.2024 [15:56]
Xəbərin mətni
Oktyabrın 15-dən Azərbaycanda tələbələrə “Vahid tələbə kartı”nın verilməsinə başlanılır. “Tələbə Plus” kartının ilkin mərhələdə 170 min nəfər - əsasən elm və təhsil nazirliyinə tabe olan müəssisələrin tələbələri üçün nəzərdə tutulub. Növbəti mərhələlərdə isə digər bütün ali təhsil müəssisələrinin tələbələri üçün olacaq.
AZƏRTAC xəbər verir ki, bunu Təhsilin İnkişafı Fondu İdarə Heyətinin sədri Elnur Nəsibov jurnalistlərə açıqlamasında deyib.