MÜSAHİBƏ
Aynur Sofiyeva: Uşaqların öz hüquqları bağlı təkliflər verməsi çox vacib məsələdir
05.12.2024 [17:05]
Xəbərin mətni
Bu gün Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumuna start verilib. 2009-cu ildən bu forumun keçirilməsi artıq ənənəvi hal alıb və Azərbaycan uşaqları üçün iştirakçılıq baxımından ən yüksək platforma sayılır. Forumda ölkəmizin bütün regionları daxil olmaqla 2 mindən artıq uşaq qoşulub və onların səsi olaraq forumda bu gün 300 uşaq iştirak edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva dekabrın 5-də Bakıda keçirilən Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu çərçivəsində jurnalistlərə müsahibəsində deyib.