Azərbaycan Dövlət İnformasiya Agentliyi

MÜSAHİBƏ

Renate Brayson: Hədəfimiz Sen Martin adasının Fransa və Niderland müstəmləkəçiliyindən tam azad edilməsidir

06.12.2024 [16:36]

Xəbərin mətni

Fondumuz 2020-ci ildən fəaliyyət göstərir. Hədəfimiz Sen Martin adasının Niderland və Fransa müstəmləkəçiliyindən tam azad edilməsidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Sen Martindəki “Pro Soualiga” Fondunun katibi Renate Brayson söyləyib.
Onun sözlərinə görə, Niderland və Fransa hökumətləri adanın daxili işlərinə müdaxilə edərək, yerli əhaliyə konstitusiyada dəyişiklik etmək, eləcə də dövlət qurumlarına, parlamentə namizədlər irəli sürməyə qadağa qoyurlar.