Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cəbrayıla səfər edən əcnəbi səyyah: Burada həm münaqişədən öncə, həm münaqişədən sonra baş verənləri görürük

26.04.2025 [20:49]

Xəbərin mətni

“Azərbaycana gəlmək, belə bir hadisəyə şahid olmaq mənim üçün çox sevindiricidir. Biz burada həm münaqişədən öncə, həm münaqişədən sonra baş verənləri görürük”. Bu sözləri işğaldan azad edilən ərazilərdə səfərdə olan dünya səyyahlarından biri – ABŞ-dan olan səyyah, Devin Debani Cəbrayılda jurnalistlərə açıqlamasında deyib.