Gülşən Əhmədli: Berlin qurultayında azərbaycanlı həkimlərin üzv olduğu təşkilatlar arasında əlaqələrin gücləndirilməsi diqqət mərkəzində saxlanılır
27.04.2025 [14:20]
Xəbərin mətni
Alman-Azərbaycan Tibb İşçiləri Birliyinin (DAMV) əsas məqsədi Almaniyada çalışan azərbaycanlı həkimlərimizi bir araya gətirərək, ölkəmizdə səhiyyə sahəsinin inkişafına töhfə vermək, buradakı soydaşlarımıza, xüsusən də yeni gələn həkimlərimizə dəstək verməkdir. Bunu Alman-Azərbaycan Tibb İşçiləri Birliyinin İdarə Heyətinin sədr müavini, plastik-konstruktiv estetik cərrah Gülşən Əhmədli açıqlamasında deyib.