Ceyhun Bayramov: Azərbaycanın Ermənistan tərəfindən bəlli bir legitim gözləntiləri var
10.05.2025 [13:07]
Xəbərin mətni
Azərbaycanın Ermənistan tərəfindən bəlli bir legitim gözləntiləri var. Həmin gözləntilər Azərbaycanın ərazi bütövlüyünə olan iddiaların Ermənistan Konstitusiyasından çıxarılması, o cümlədən uzun illər tamamilə iflic bir vəziyyətdə olan və münaqişənin tamamlanması ilə məntiqi bir ehtiyac duyulmayan Minsk qrupunun ləğv edilməsidir. Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə müsahibəsində deyib.