Azərbaycan Dövlət İnformasiya Agentliyi

Pakistan Azərbaycanla korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq memorandumu imzalamağa hazırdır

20.05.2025 [18:47]

Xəbərin mətni

Korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlıq olduqca zəruridir. Pakistan Azərbaycanla bu sahədə əməkdaşlıq memorandumu imzalamağa hazırdır. Bunu jurnalistlərə müsahibəsində Bakıda keçirilən BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Korrupsiyaya qarşı Mübarizə üzrə Hüquq-Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GLOBE Şəbəkəsi) 6-cı Plenar iclasının iştirakçısı, Pakistanın Milli Hesabatlıq Bürosunun nümayəndəsi Sohail Nəsir deyib.