Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vyetnamın Baş prokurorunun müavini: GLOBE Şəbəkəsinin 6-cı Plenar iclasında böyük uğurların əldə ediləcəyinə inanırıq

20.05.2025 [19:25]

Xəbərin mətni

Azərbaycan Prokurorluğu tərəfindən Bakıda təşkil olunan BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Korrupsiyaya qarşı Mübarizə üzrə Hüquq-Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GLOBE Şəbəkəsi) 6-cı Plenar iclasında iştirak etmək bizim üçün böyük şərəfdir. Azərbaycanlı həmkarlarımızın peşəkar təşkilatçılığı olduqca heyranedicidir. İnanırıq ki, bu tədbir yüksək səviyyədə keçəcək və böyük uğurlar əldə ediləcək. Bunu jurnalistlərə müsahibəsində Plenar iclasın iştirakçısı, Vyetnam Sosialist Respublikasının Baş prokurorunun müavini Nquyen Quanq Dunq deyib.