Cəbi Bəhramov: “Virtual Qərbi Azərbaycan ensiklopedik toplusu” tarixi həqiqətləri ortaya qoyur
29.12.2025 [14:25]
Xəbərin mətni
Virtual Qərbi Azərbaycan ensiklopedik toplusu Prezident İlham Əliyevin 2022-ci il dekabrın 24-dəki müraciətinə cavab olaraq hazırlanıb. Çox qısa müddət ərzində möhtəşəm və fundamental bir iş ortaya qoyulub. Bu sözləri AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin rəhbəri, "Virtual Qərbi Azərbaycan" ensiklopedik toplusunun elmi rəhbəri Cəbi Bəhramov söyləyib.