Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib
19.01.2026 [14:55]
Xəbərin mətni
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin cari ilin yaz sessiyasında ilk iclası keçirilib. Komitənin sədri Əli Hüseynli iclasın gündəliyinə ümumilikdə 5 məsələnin daxil edildiyini deyib. Bildirib ki, bunlara ötən payız sessiyası dövründə görülmüş işlər barədə hesabat, qarşıdakı yaz sessiyası üçün iş planı, həmçinin 3 qanun layihəsinin müzakirəsi daxildir.