Uşaqların sosial şəbəkə platformalarında qeydiyyatı qanunvericiliyə uyğun tənzimlənəcək
06.07.2026 [18:09]
Rəqəmsallaşmanın sürətləndiyi müasir dövrdə uşaqların informasiya təhlükəsizliyinin təmin edilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib. Təsadüfi deyil ki, ötən ay “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsinə dair ictimai müzakirə keçirilib. AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Məhəmməd Cəbrayılov AZƏRTAC-a müsahibəsində yeni hüquqi mexanizmlər, süni intellekt texnologiyalarının yaratdığı imkan və risklər, sosial şəbəkələrdə uşaqların təhlükəsizliyinin təmin olunması, bu dəyişikliklərin ölkənin informasiya təhlükəsizliyi və rəqəmsal suverenliyinə töhfəsi barədə danışıb. Onunla müsahibəni təqdim edirik.