Xəzərin səviyyəsinin azalması sahil infrastrukturu və ekosistem üçün ciddi çağırışlar yaradır
25.08.2026 [11:51]
Xəbərin mətni
Xəzər dənizinin səviyyəsində son illər müşahidə olunan davamlı azalma sahil zonalarına, infrastruktur obyektlərinə, gəmiçiliyə və ekosistemlərə ciddi təsir göstərir. Bunu AZƏRTAC-a müsahibəsində Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutu Xəzər dənizinin coğrafiyası laboratoriyasının müdiri coğrafiya elmləri doktoru Səid Səfərov bildirib.