Sərxan Həşimov: CAMCA Forumu Azərbaycanın regional əhəmiyyətini bir daha nümayiş etdirir
02.10.2026 [16:44]
Xəbərin mətni
CAMCA Regional Forumu çərçivəsində iştirakçılar Azərbaycanda son illərdə baş verən dəyişiklikləri, ölkənin inkişaf dinamikasını və regionda artan rolunu yaxından müşahidə etmək imkanı əldə edirlər. Panel müzakirələrində Azərbaycanın əldə etdiyi nailiyyətlər, həyata keçirdiyi layihələr və regional əməkdaşlığın inkişafına verdiyi töhfələr xüsusi vurğulanır. Bunu jurnalistlərə açıqlaması zamanı CAMCA Regional Forumunun Təşkilat Komitəsinin rəhbəri Sərxan Həşimov bildirib.