Müəllim: İbtidai sinif möhkəm təməlin formalaşdığı mərhələdir
05.10.2026 [10:33]
Xəbərin mətni
İbtidai sinif şagirdin gələcək təhsilinin və dünyagörüşünün formalaşdığı mühüm mərhələdir. Bu mərhələdə uşaqların oxu və yazı bacarıqları ilə yanaşı, dünyagörüşünün inkişafına, fikirlərini sərbəst ifadə etməsinə və özünü tanımasına da xüsusi diqqət yetirilməlidir. Bu fikirləri AZƏRTAC-a müsahibəsində 276 nömrəli məktəbin ibtidai sinif müəllimi Könül Qurbanova deyib.