Azərbaycan Dövlət İnformasiya Agentliyi

BMT Azərbaycandakı fəaliyyətini daha da genişləndirmək niyyətindədir

08.10.2026 [16:24]

Xəbərin mətni

“Davamlı inkişaf siyasəti” adlı dərsliyi BMT olaraq çox faydalı hesab edirik. Bu kitab yalnız bir nəşr deyil, həm də gənclərin davamlı inkişaf məqsədləri, bu istiqamətdə əldə olunan nailiyyətlər və üzərində işlənməli olan məsələlər barədə məlumat əldə etmələri baxımından mühüm platformadır. Bu sözləri BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Dmitro Şlapaçenko jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, dərsliyin nəşri Azərbaycan hökumətinin Davamlı İnkişaf Məqsədlərinə sadiqliyini nümayiş etdirir. Azərbaycan ölkədə davamlı inkişafın təşviqi istiqamətində mühüm addımlar atan ölkələrdən biridir və bu sahədə həyata keçirilməli tədbirləri müəyyən edən strategiyaya malikdir.