Azərbaycan Dövlət İnformasiya Agentliyi

Arif Əsədov: Dünya çempionatının ölkəmizdə keçirilməsi qürurvericidir

22.10.2026 [18:06]

Xəbərin mətni

Belə möhtəşəm bir yarışın ölkəmizdə təşkili Azərbaycanın ardıcıl olaraq nüfuzlu beynəlxalq turnirlərə yüksək səviyyədə ev sahibliyinin növbəti sübutudur. Qısa müddətdə bu cür müasir infrastrukturun qurulub istifadəyə verilməsi böyük uğurdur. Dünya çempionatı futbolda ən ali yarışlardan biridir. Belə bir turnirin ölkəmizdə keçirilməsi, eləcə də yeniyetmə futbolçuların burada iştirakı qürurvericidir. Bu sözləri Azərbaycanın veteran futbolçusu Arif Əsədov Bakının ev sahibliyi edəcəyi FIFA U-15 dünya çempionatı və festivalı barədə jurnalistlərə açıqlamasında deyib.