Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xarici işlər naziri: Azərbaycanda 500-ə yaxın hindistanlı tələbə təhsil alır

23.10.2026 [14:32]

Xəbərin mətni

Kadr hazırlığı çərçivəsində Hindistandan Azərbaycandakı universitetlərə və digər ali təhsil müəssisələrinə 500-ə yaxın tələbə qəbul olunub. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov hindistanlı həmkarı Subrahmanyam Cayşankarla birgə keçirdiyi mətbuat konfransında bildirib.