Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hindistan XİN: Azərbaycanla iqtisadi əlaqələrin inkişafı gündəliyimizdə əsas yer tutur

23.10.2026 [14:33]

Xəbərin mətni

Biz mədəniyyətlərimizə və xalqlarımıza hörmətlə yanaşırıq. İkitərəfli münasibətlərin genişləndirilməsini müzakirə etdik. İqtisadi əlaqələrin inkişafı, ticarət dövriyyəsinin artırılması və investisiyaların təşviqi gündəliyimizdə əsas yer tutur. Bu sahələrdə əməkdaşlığımızı genişləndirmək barədə də razılığa gəldik. Bunu Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında bildirib.