Azərbaycan Dövlət İnformasiya Agentliyi

İsa Həbibbəyli: Azərbaycan mədəniyyətlərarası dialoqun dayanıqlı modelini dünyaya təqdim edir

27.10.2026 [16:52]

Xəbərin mətni

Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində təcrübəsi multikultural dəyərlərin təşviqi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qlobal qarşıdurmaların dərinləşdiyi müasir dövrdə xüsusi əhəmiyyət daşıyır. Bunu AMEA-nın prezidenti akademik İsa Həbibbəyli VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Parçalanmış dünyada humanitar elmlərin missiyası” mövzusunda keçirilən Akademik Forumda bildirib.