Nazir müavini: Mədəniyyətlərarası dialoqun inkişafında elm və təhsil mühüm rol oynayır
27.10.2026 [16:55]
Xəbərin mətni
Müasir dünyada etnik və dini münaqişələrin, ayrı-seçkiliyin və ksenofobiyanın artdığı bir şəraitdə mədəniyyətlərarası dialoqun inkişafı, qarşılıqlı anlaşmanın və davamlı sülhün təmin olunması xüsusi əhəmiyyət daşıyır. Bu prosesdə elm və təhsil mühüm rol oynayır. Bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Parçalanmış dünyada humanitar elmlərin missiyası” mövzusunda keçirilən Akademik Forumda çıxışı zamanı bildirib.