Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səadət Yusifova: Mədəniyyətlərarası dialoqun elmi əsaslarla araşdırılması xüsusi əhəmiyyət daşıyır

27.10.2026 [17:01]

Xəbərin mətni

Müasir dünyada artan qütbləşmə, münaqişələr və qarşılıqlı etimad böhranı mədəniyyətlərarası dialoqun əhəmiyyətini daha da artırır. Bu şəraitdə dialoqun yalnız siyasi və diplomatik müstəvidə deyil, elmi əsaslarla da inkişaf etdirilməsi vacibdir. Bunu Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifova VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində UNESCO–UNITWIN Şəbəkəsinin “Parçalanmış dünyada humanitar elmlərin missiyası” mövzusunda Akademik Forumunda çıxışı zamanı bildirib.