Komitə rəsmisi: Dinlərarası dialoqa ortaq gələcək naminə yol xəritəsi kimi yanaşırıq
28.10.2026 [13:48]
Xəbərin mətni
Bu gün mədəniyyətlərarası dialoqa və onun tərkib hissəsi kimi dinlərarası dialoqa yanaşsaq, Bakı dünyanın mərkəzidir. Azərbaycan isə bu prosesdə lokomotiv funksiyasını yerinə yetirir, yəni əsas aparıcı qüvvədir. Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.