Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zəfər tarixini öyrənən nəsil: qəhrəmanlara ehtiram, Vətənə sevgi

04.11.2026 [17:33]

Xəbərin mətni

44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər xalqımızın yaddaşında əbədi yaşayacaq. Bu tarixi Qələbənin əhəmiyyətinin dərk edilməsi, qəhrəmanlarımızın xatirəsinin qorunması və gələcək nəsillərə çatdırılmasında isə təhsil müəssisələrinin üzərinə mühüm vəzifə düşür. Bəs şagirdlərə Zəfər tariximiz necə öyrədilir? Onlarda Vətənə sevgi və bağlılıq hissi hansı yollarla formalaşdırılır? AZƏRTAC bu suallara Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 18 nömrəli tam orta ümumtəhsil məktəbində cavab axtarıb.