BMT rəsmisi: “ASAN xidmət" dövlət xidmətləri ilə bağlı ideyaların dünyaya yayılmasına mühüm töhfə verir
05.11.2026 [13:20]
Xəbərin mətni
Azərbaycanı və “ASAN xidmət"in Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlığı innovasiya və dövlət xidmətlərinin idarə olunması ilə bağlı ideyaların dünyaya yayılmasına mühüm töhfə verir. Bunu jurnalistlərə açıqlamasında Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş katibinin müavini və Qərbi Asiya üzrə İqtisadi və Sosial Komissiyasının (UN ESCWA) İcraçı katibi Rania A. Al-Mashat deyib.