Vətən müharibəsində həkimin yaddaşından silinməyən an: “Mən Daşaltıdan gəlirəm, Şuşaya yaxınlaşmışıq”
16.11.2026 [13:25]
Xəbərin mətni
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının birliyini, ordumuzun gücünü və hər bir vətəndaşın Qələbə naminə fədakarlığını nümayiş etdirdi. Həmin günlərdə ön cəbhədə döyüşən hərbçilərlə yanaşı, arxa cəbhədə yaralı əsgərlərin həyatını xilas etmək üçün çalışan tibb işçiləri də üzərlərinə düşən vəzifəni böyük məsuliyyətlə yerinə yetirirdilər. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzuli Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Ruhəngiz Quliyeva müharibənin ilk günündən yaralı hərbçilərin müalicəsində iştirak edib.