Azərbaycanda kosmonavtikanın inkişafı geniş vüsət alıb
11.12.2017 [17:59]
Xəbərin mətni
Ökəmizdə səfərdə olan NASA-nın qadın astronavtı, “Space Shuttle” ekipajının üzvü və donanma kapitanı Haydemari Payper ilə dekabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə H.Payperi AMEA-da görməkdən məmnunluğunu bildirən akademiyanın prezidenti, akademik Akif Əlizadə ölkəmizdə dövlət tərəfindən kosmonavtikanın inkişafına göstərilən diqqət və qayğıdan danışıb. Bildirilib ki, ölkəmizdə bu sahənin inkişafı geniş vüsət alıb.