Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şabranın Xırdaoymaq kəndində yeni modul tipli məktəb binası istifadəyə verilib

25.01.2018 [16:05]

Xəbərin mətni
40 şagird yerlik ibtidai məktəbin yeni binasında 5 sinif və digər təyinatlı otaqlar var. Modul tipli bina yanğın xəbərdarlıq sistemi, işıq və su təchizatı ilə təmin olunub. Xırdaoymaq kəndində məktəbin açılış mərasimində rayon icra hakimiyyətinin, Təhsil Şöbəsinin rəhbər şəxsləri, məktəbin pedaqoji kollektivi, şagirdlər və valideynlər iştirak ediblər.