Azərbaycan Dövlət İnformasiya Agentliyi

“UNEC qadınları elm dünyasında: yeni çağırışlar və imkanlar” mövzusunda elmi-praktiki konfrans keçirilib

09.02.2018 [18:36]

Xəbərin mətni
Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq Elmdə Qadınlar Gününə həsr olunan “UNEC qadınları elm dünyasında: yeni çağırışlar və imkanlar” mövzusunda elmi-praktiki konfrans keçirilib. Rektor, professor Ədalət Muradov UNEC-in tədqiqatyönümlü universitetə çevrilməkdə iddialı olduğunu vurğulayaraq, bu sahədə qadın alimlərin də üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.