ELM VƏ TƏHSİL


"İnsan sağlamlığı Azərbaycan cəmiyyətinin inkişafının əsasıdır" mövzusunda elmi sessiya keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)-nın ümumi yığıncağı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kollegiyasının "İnsan sağlamlığı Azərbaycan cəmiyyətinin inkişafının əsasıdır" mövzusuna həsr olunmuş birgə elmi sessiyası keçirilib. Akademiyanın Rəyasət Heyətinin binasında təşkil olunmuş tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə son illər akademiyanın müxtəlif qurumlarla, nazirlik və dövlət komitələri ilə müştərək tədbirlər keçirməsinin artıq ənənə halı aldığını deyib.