ELM VƏ TƏHSİL


Beynəlxalq Ana Dili Günü AMEA-da qeyd olunub

Fevralın 20-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında Beynəlxalq Ana Dili Gününə həsr olunan konfrans keçirilib. AZƏRTAC xəbər verir ki, AMEA Nəsimi adına Dilçilik İnstitutunun təşkil etdiyi tədbirdə 21 fevral - Beynəlxalq Ana Dili Gününün tarixindən danışılıb, bu əlamətdar günün dünyada geniş qeyd olunduğu bildirilib.