ELM VƏ TƏHSİL


“ADA” Universitetində “Karyera həftəsi” yekunlaşıb

“ADA” Universitetində bu ali məktəbin Karyera Mərkəzinin təşəbbüsü ilə fevralın 27-dən keçirilən altıncı “Karyera həftəsi” başa çatıb. Bununla bağlı martın 2-də universitetdə “Karyera həftəsi”nin yekun tədbiri və “Karyera yarmarkası” keçirilib. Bildirilib ki, “Kapital Bank” və “Azersun Holding” şirkətlər qrupunun dəstəyi ilə həftə ərzində müxtəlif sahələrdə fəaliyyət göstərən yüzdən çox şirkətin nümayəndələri universitetdə tələbə və məzunlar üçün təqdimatlar keçirib...