Azərbaycan Dövlət İnformasiya Agentliyi

Məntiq olimpiadasının qalibləri mükafatlandırılıblar

09.03.2018 [19:34]

Xəbərin mətni
Martın 9-da Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) struktur bölmə rəhbərləri, məktəb direktorları, təhsil ictimaiyyətinin nümayəndələri, valideynlər, şagirdlər və KİV-lərin təmsilçiləri iştirak ediblər.