Cənubi Qafqazın ən qədim zinət əşyası Heydər Əliyev Mərkəzində
17.03.2018 [11:07]
Xəbərin mətni
Martın 16-da Heydər Əliyev Mərkəzində Cənubi Qafqazın ən qədim zinət əşyasının təqdimatı keçirilib. Bu gündən Mərkəzin “Azərbaycan inciləri: tarixin axarında” daimi sərgisinə tarixi dəyərli yeni eksponat - Eneolit dövrünə aid qızıl boyunbağı daxil edilib.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bu zinət əşyasının çox dəyərli olduğunu vurğulayıb