Çaqqallıqtəpə abidəsində aparılan arxeoloji qazıntılar Kür-Araz mədəniyyətinə xas yeni tikili qalıqlarını üzə çıxarıb
05.05.2018 [18:25]
Xəbərin mətni
Şabran rayonu ərazisindəki eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəlinə aid Çaqqallıqtəpə abidəsində aparılan arxeoloji qazıntıların növbəti mərhələsi zamanı Kür-Araz mədəniyyətinə xas olan yeni tikili qalıqları aşkarlanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aprelin 10-dan başlayan qazıntı işləri I Çaqqallıqtəpədə aparılır. Rayonun Aygünlü kəndi ərazisində yerləşən abidədə aşkarlanan tapıntılar Şimali Qafqazdan Suriyaya, Fələstinə qədər gedib çıxan Kür-Araz mədəniyyətinə aiddir. Eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəlinə aid edilən abidə bu vaxta kimi Azərbaycanın şimal-şərqində aşkarlanan və tədqiqatlar aparılan ən qədim yaşayış məskənidir.