ELM VƏ TƏHSİL


Azərbaycan Dövlət Neft və Sənaye Universitetində dördüncü məzun-karyera sərgisi açılıb

Mayın 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) dördüncü məzun-karyera sərgisi açılıb. AZƏRTAC xəbər verir ki, açılış mərasimində ADNSU-nun rektoru, professor Mustafa Babanlı ölkəmizdə gənclərə və onların təhsilinə xüsusi diqqət və qayğı göstərildiyini bildirib. Cəmiyyətdə elmin, təhsilin mühüm rolunu qeyd edən rektor rəhbərlik etdiyi ali məktəbdə bu sahənin inkişafı istiqamətində reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışıb.