CÜMHURİYYƏT - 100


Vaşinqtondakı Azərbaycan şənbə günü məktəbində AXC-nin 100 illik yubileyi qeyd edilib

Vaşinqton şəhərində fəaliyyət göstərən Azərbaycan şənbə günü məktəbinin şagirdləri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini qeyd ediblər. Respublika Gününə həsr olunan bayram tədbirini qeyd etmək üçün məktəbin şagirdləri və müəllim heyəti ilə yanaşı valideynlər və digər qonaqlar da iştirak ediblər.