MÜSAHİBƏ


Jan-Kristof Bas: “Bakı Prosesi” xalqlar və mədəniyyətlər arasında sülhün təşviqinə xidmət edir

Mən 10 illik yubileyini qeyd etdiyimiz “Bakı Prosesi”ndə əvvəldən iştirak edirəm. “Bakı Prosesi” ilə bağlı ilk hazırlıq görüşündə BMT-nin Sivilizasiyalar Alyansını təmsil edirdim. Bu gün onun necə uğurlu nəticələrinin olduğunu görürük. Bu fikirləri Parisdə “Bakı Prosesi”nin 10 illik yubileyi mərasimində iştirak edən BMT-nin Sivilizasiyalar Alyansının sabiq direktor müavini, “The Global Compass”ın təsisçisi və “Bakı Prosesi”nin işçi qrupunun üzvü Jan-Kristof Bas AZƏRTAC-a müsahibəsində bildirib.