QAN YADDAŞI


İtaliyada 20 Yanvar Şəhidlərinin əziz xatirəsi anılıb

Azərbaycanın İtaliyadakı səfirliyi tərəfindən 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə İtaliyanın elmi-akademik dairələrinin nümayəndələri, Azərbaycan icmasının üzvləri, habelə müxtəlif universitetlərdə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər. Əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad olunub.