Azərbaycan Dövlət İnformasiya Agentliyi

Torontoda Xocalı soyqırımı qurbanları anılıb

25.02.2019 [19:05]

Xəbərin mətni
Kanadanın Toronto şəhərində "Xocalıya ədalət!" kampaniyası çərçivəsində Xocalı soyqırımına həsr olunmuş anım mərasimi keçirlib. Kanadada fəaliyyət göstərən "EL televiziya"sından AZƏRTAC-a bildiriblər ki, mərasim Kanada-Azərbaycan Tərəfdaşlıq Assosiasiyası və Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilib.