QAN YADDAŞI


Aktauda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Azərbaycanın Aktaudakı Baş konsulluğu tərəfindən Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Manqistau vilayətində yaşayan azərbaycanlıların “Dostluq” Milli-Mədəni Cəmiyyətinin üzvləri, digər milli-mədəni cəmiyyətlərin rəhbərləri və əməkdaşları, “Azərbaycanın Qazaxıstanda biznes investisiyası Assosiasiyası”nın (ABİA) üzvləri və azərbaycanlı tələbələr iştirak edib.