Qubada qanunsuz saxlanılan silah-sursat aşkarlanıb
28.03.2019 [11:40]
Xəbərin mətni
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşları rayonun Möhüc kənd sakini Hüseynağa İsbatova məxsus fərdi yaşayış evinin həyətində gizlədilmiş “Skat” markalı tapança, xəncər, təklüləli ov tüfəngi və 9 ədəd patron aşkar edərək götürüblər.