MÜSAHİBƏ


Dövlətimizin başçısı və xanımı uşaqlara, gənclərə daim diqqət və qayğı göstərirlər

Bu fikirləri Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestr Xidmətinin rəisi Reyhanə Kərimova AZƏRTAC-a müsahibəsində bildirib. O qeyd edib ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva körpənin valideynlərini təbrik edib, onlara xeyir-dualarını veriblər. Dövlətimizin başçısı və xanımı uşaqlara, gənclərə daim diqqət və qayğı göstərirlər. On milyonuncu sakinin valideynləri Ədliyyə Nazirliyinin Nərimanov rayon bölməsinə müraciət edərək birinci xanım Mehriban Əliyevanın məhz uşaqlara, gənclərə göstərdiyi qayğının təzahürü olaraq körpənin adının Mehriban adı ilə rəsmiləşdirilməsini xahiş ediblər. Böyük məmnuniyyətlə körpənin doğumunu dövlət qeydiyyatına alıb, onun doğum haqqında şəhadətnaməsini valideynlərinə təqdim etdik. Biz də Ədliyyə Nazirliyi adından körpənin valideynlərini təbrik edir, onlara xoşbəxtlik arzulayırıq.