MÜSAHİBƏ


İnam Kərimov: Bu il yaş barama istehsalının 800 tona çatdırılması nəzərdə tutulur

Ənənəvi sahələrdən olan baramaçılığın inkişaf etdirilməsi Prezident İlham Əliyev tərəfindən kənd təsərrüfatının prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Həyata keçirilən tədbirlər nəticəsində ölkədə yaş barama istehsalı ildən-ilə artır. 2016-cı ildə 71 ton, 2017-ci ildə 244 ton, 2018-ci ildə isə 500 tondan çox yaş barama istehsal edilib. Bu il yaş barama istehsalının 800 tona çatdırılması nəzərdə tutulur.