MÜSAHİBƏ


Pyer-Alən Rafan: Azərbaycanda qadınlara səsvermə hüququnun 100 il əvvəl verilməsi çox önəmli hadisədir

Azərbaycanda qadınlara səsvermə hüququ 100 il əvvəl verilib. Bu, çox önəmli hadisədir. Nəzərə almaq lazımdır ki, Fransa Azərbaycandan 25 il sonra bu hüququ qadınlara verib.

Bu fikri Fransa Milli Assambleyasında Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyinə həsr olunmuş “Qadın hüquqları: Şərq və Qərbin qovuşuğunda Azərbaycan nümunəsi” adlı konfransın təşkilatçısı, Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Pyer-Alən Rafan AZƏRTAC-a müsahibəsində söyləyib.